6 oktyabr 2025-ci il tarixində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən 5-ci Merlər Forumu öz işinə başlayıb. Forumda Azərbaycanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev təmsil edir. UNECE-nin təşəbbüsü ilə keçirilən Merlər Forumu dövlət və şəhər rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə şəhərlərin dayanıqlı inkişafı, ekoloji da...
Ətraflı
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, 2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş 102 tələbəyə Prezident təqaüdü veriləcəkdir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən Prezident təqaüdünə layiq görülən 5 nəfərdən 4-ü Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin məzunlarıdır. Prezident təqaüdünə layiq görülənlər: • Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfər...
Ətraflı
AFFA-nın təşkilatçılığı, UEFA və "EA Sports" şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Naxçıvan mərkəzi stadionunda 10-13 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Naxçıvan Muxtar Respublika...
Ətraflı
3 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə baş tutan intellektual oyunda 7 komanda üzrə 28 nəfər müəllim iştirak edərək bilik və zəka bacarıqlarını nümayiş etd...
Ətraflı
”Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov tədbiri giriş sözü ilə açaraq tarixi günün əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi yolundakı əvəzsiz xidmətlər...
Ətraflı