Naxçıvan şəhərinin dörd məzunu Prezident təqaüdünə layiq görülüb

 
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, 2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş 102 tələbəyə Prezident təqaüdü veriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən Prezident təqaüdünə layiq görülən 5 nəfərdən 4-ü Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin məzunlarıdır.
Prezident təqaüdünə layiq görülənlər:
• Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova,
• Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Enes Hüseynli,
• Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimli,
• Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunu Cəmilə Babayeva.
Digər təqaüdçü isə Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbin məzunu Səma Hüseynlidir.
Bu nailiyyət gənclərin bilik və bacarıqlarının dövlət səviyyəsində dəyərləndirilməsinin bariz nümunəsidir. Prezident təqaüdünə layiq görülən bütün məzunlarımızı təbrik edir, onlara ali təhsil həyatında uğurlar arzulayırıq.