Naxçıvan şəhərində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib

3 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə baş tutan intellektual oyunda 7 komanda üzrə 28 nəfər müəllim iştirak edərək bilik və zəka bacarıqlarını nümayiş etdiriblər.
Keçirilən oyunun nəticələrinə əsasən 9 nömrəli tam orta məktəbin komandası I yerin, 6 nömrəli tam orta məktəbin komandası II yerin və 8 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar. Sonda qalib komandalar diplom və kuboklarla təltif edilib.
Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyununda Naxçıvan şəhər tam orta məktəblərinin müəlimlərindən ibarət komandalar iştirak edib.