E L A N "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli, 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 23 sentyabr 2025-ci il tarixindən başlanılacaq və namizədlərin ...
Ətraflı
30 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılarla görüşü keçirilib. Görüşdə çıxış edən İcra Hakimiyyəti başçısı son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, innovativ layihələr və strateji inkişaf proqramları barədə məlumat verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxil...
Ətraflı
“Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri Planı”na uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib. “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqd...
Ətraflı
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şöbə əməkdaşları ilə birlikdə Vətən müharibəsi qəhrəmanları, şəhid – Raqib Hüseynov və Sahil Məmmədovun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb, ehtiyac və problemləri diqqətlə dinlənilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ...
Ətraflı
26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib. Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 17 nömrəli tam orta məktəbin X sinif şagirdi F...
Ətraflı