Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şöbə əməkdaşları ilə birlikdə Vətən müharibəsi qəhrəmanları, şəhid – Raqib Hüseynov və Sahil Məmmədovun ailələrini ziyarət edib.
Ziyarət zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb, ehtiyac və problemləri diqqətlə dinlənilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edildiyini qeyd edib.
Şəhid ailələri ilə keçirilən bu görüş bir daha göstərdi ki, onların qəhrəman övladlarının xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur, dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır. Bizlər bu torpaq uğrunda canından keçən qəhrəman və igid oğullarımızı heç bir zaman unutmadıq! Unutdurmayacağıq!