26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 17 nömrəli tam orta məktəbin X sinif şagirdi Firəngiz İbrahimli I yerin, 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Nuranə Əsgərova II yerin, 14 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aliyə Əlisoy III yerin, 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayxan Babazadə, 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülay İsmayılzadə və 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səba İlyas isə həvəsləndirici yerlərin qalibi olublar.
Müsabiqənin sonunda qaliblər diplom və medallarla təltif olunub.