26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı Xocalıda törədilmiş qətliam insanlıq tarixinin ən dəhşətli səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Faciə zamanı 366-cı motoatıcı alayın iştirakı ilə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən kütləvi qırğın nəticəsində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 613 günahsız azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür. Bu faciə...
Ətraflı
Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, nəqliyyat vasitələrinin və sərnişinlərin hərəkəti dayandırılıb. Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar muxtar respublikanın bütün şəhər və rayonlarında anma mərasimləri keçirilib. Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin x...
Ətraflı
Naxçıvan şəhərində 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 26-da Xocalıda x...
Ətraflı
Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub....
Ətraflı
25 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə tempo turniri keçirilib. İlk öncə turnir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Naxçıvan Şahmat Məktəbində təşkil olunan turnirdə müxtəlif yaş qrupları üzrə şahmatçılar öz qüv...
Ətraflı