25 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə tempo turniri keçirilib.
İlk öncə turnir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Naxçıvan Şahmat Məktəbində təşkil olunan turnirdə müxtəlif yaş qrupları üzrə şahmatçılar öz qüvvələrini sınayıblar. Yarışın əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və şahmat idman növünə marağı artırmaq olub.
Turnirin nəticələrinə əsasən ümumi xal hesabında Yasin Əzimov I yerə, Mirsaleh Seyidli II yerə, Fərəməz Quliyev isə III yerə layiq görülüb.
Qızlar arasında keçirilən yarışda Ayla Zamanlı I yerin, Nigar Qənbərli II yerin, Ayan Fərzəliyeva isə III yerin qalibi olub.
Yaş qrupları üzrə isə keçirilən turnirin nəticələri isə aşağıdakı kimidir:
8 yaşlılarda Ayla Cəfərli – I yer, Fidan Şükürlü – II yer, Sakit Nabatov – III yer.
10 yaşlılarda Tunar İbrahimli – I yer, Turan İbrahimli – II yer, Amin Mirzəzadə – III yer.
12 yaşlılarda Yusif Qənbərov – I yer, Əli Qənbərli – II yer, Bəxtiyar Cəfərli – III yer.
14 yaşlılarda isə Ələkbər Ələkbərli – I yer, Səməd Hüseynli – II yer, Əlican Hüseynli – III yerin qalibləri olublar.
Sonda qaliblər diplom və medallarla təltif olunub, ümumi xal hesabında I yerin sahibi isə kubokla mükafatlandırılıb.