Sentyabrın 11-də Naxçıvan şəhərində “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Şəxsi İnkişaf Həftəsi”nin dördüncü günü çərçivəsində növbəti təlim keçirilib. Gənclər “Layihələrin idarə edilməsi” mövzusunda biliklərə yiyələniblər. Təlim Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovanın təqdimatında baş tutub. Təlim iki hissədən ibarət olub. ...
Ətraflı
Sentyabrın 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər. Qəbula başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ...
Ətraflı
Sentyabrın 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bağçılıq və meyvəçiliklə məşğul olan təsərrüfatçılarla maarifləndirici tədbir keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ənvər Abbasov giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İntiqam Hüseynov ətraflı çıxış edərək bağçılıq və m...
Ətraflı
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tumbul kəndi ərazisində payızlıq taxıl əkini üçün hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə kənddə yerləşən 82 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün arxlar qamışdan təmizlənir, əsas suvarma arxları səliqə-sahmana salınır. Bununla yanaşı, torpaq işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Görülən işlər kənd təsərrüfatı məhsuldarlığının artırılmasına, payızlıq ...
Ətraflı
Sentyabrın 6-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan dairəvi avtomobil yolunun kənarlarında ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması və mövcud ağacların sağlamlığının təmin olunması istiqamətində təmizlik və abadlıq işləri aparılıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi ...
Ətraflı