Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tumbul kəndi ərazisində payızlıq taxıl əkini üçün hazırlıq işlərinə başlanılıb.
Bu məqsədlə kənddə yerləşən 82 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün arxlar qamışdan təmizlənir, əsas suvarma arxları səliqə-sahmana salınır. Bununla yanaşı, torpaq işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.
Görülən işlər kənd təsərrüfatı məhsuldarlığının artırılmasına, payızlıq taxılın vaxtında və düzgün əkilməsinə imkan yaradacaq.
Qeyd edək ki, aparılan tədbirlər nəticəsində suvarma sistemlərinin yaxşılaşdırılması həm payızlıq taxıl, həm də digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına əhəmiyyətli töhfə verəcəkdir.