Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanqala Tarix-Memarlıq Kompleksində keçirilən Bahar festivalı öz axarı və rəngarəng dinamikası ilə davam edir. Festival çərçivəsində musiqi nömrələri ilə yanaşı, azyaşlıların diqqətini cəlb edən teatr səhnəcikləri də nümayiş olunur. Təqdim edilən teatr nömrələri sırasında Naxçıvan Dövlət...
Ətraflı
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bahar festivalında müxtəlif əl işləri ilə məşğul olan şəxsi sahibkarlara da geniş yer verilib. Festival həm bayram əhvali-ruhiyyəsini yaşatmaq, həm də yerli sənətkarların fəaliyyətini dəstəkləmək baxımından xüsusi əhəmiyyət daşıyır. Festival ərazisində qurulan rəngarəng stendlər zi...
Ətraflı
Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm. Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbi...
Ətraflı
Martın 20-də Novruz bayramı münasibətilə "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində geniş ümumxalq şənliyi təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri iştirak ediblər. İlk olaraq “Dədə Qorqud” obrazı və Bahar qızının iştirakı ilə rəmzi qarşılanma mərasimi keçirilib, el ağsaqqalı tərəfindən xeyir-dua verilib, bayram tonqalı alovlandırılıb. Şənlik ...
Ətraflı
19 mart 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid anası Gülşad Rüstəmova və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətini...
Ətraflı