19 mart 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid anası Gülşad Rüstəmova və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamış, onların müqəddəs Ramazan bayramını və Novruz bayramını təbrik ediblər.
Daha sonra Naxçıvan Regional Mədəniyyət İdarəsinin musiqi kollektivləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunmuşdur.