Novruz bayramı münasibətilə martın 20-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bahar festivalı” adlı bayram şənliyi təşkil olunacaq. Festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Baharın gəlişini və təbiətin oyanışını simvolizə edən Novruz b...
Ətraflı
Bu gün ölkədə İlaxır çərşənbə – Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir. Xalq arasında bu gün həm də “İlaxır çərşənbə”, “Axır çərşənbə” və ya “Yer çərşənbəsi” kimi tanınır. Xalqımızın qədim və gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun! ...
Ətraflı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə qərara alıram: 1. Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin...
Ətraflı
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev 18 mart 2026-cı il tarixində Naxçıvan Şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin inzibati binasında saat 16:00-da başl...
Ətraflı
Beynəlxalq dialoq platformaları arasında unikal təşəbbüs kimi tanınan Qlobal Bakı Forumu dünyada siyasi, iqtisadi və sosial məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdən biridir. Forum yalnız beynəlxalq problemlərin müzakirəsi üçün deyil, həm də regional və qlobal əməkdaşlığı birləşdirən strateji dialoq məkanı rolunu oynayır. Müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və elm adamları burada bir araya gələrək qlobal...
Ətraflı