Zəfərin Mübarək Azərbaycan!

Noyabrın 8-də Naxçıvan şəhərində, Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə musiqi və rəqs nömrələri təqdim olunub, müxtəlif yaradıcı kollektivlər çıxış ediblər.
Konsert möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.