Zəfər tariximiz gələcək nəsillərə ötürülür

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və tarixi Qələbənin əhəmiyyəti vurğulanıb. Məktəblilərin vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
Tədbirin əsas məqsədi Zəfər tariximizi gənc nəslə çatdırmaq, şagirdlərdə Vətən sevgisi və milli qürur hissini gücləndirmək olub.