Zəfər sevincimiz musiqinin dili ilə səslənir!

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində kosert proqramı təşkil edilib. Məktəbin müəllim və şagirdlərinin hazırladıqları tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Regional Mədəniyyət İdarəsinin və uşaq musiqi məktəbinin nümayəndələri iştirak edib.
Azərbaycanın xalq və bəstəkar mahnılarından və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqili konsertdə ifaçılar doğma yurdumuza həsr olunmuş əsərlərlərlə barabər Vətən və qəhrəmanlıqla bağlı nəğmələr də təqdim ediblər.
Qeyd edək ki, konsert Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edilib.