
Noyabrın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları Zəfər Gününün beşinci ildönümü münasibətilə Naxçıvan şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin şərəfinə ucaldılan və Azərbaycan xalqının qəhrəmanlıq ruhunu, dövlətin suverenliyini və milli birliyini simvolizə edən Zəfər Abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb,Vətən uğrunda qəhrəmancasına canından keçən igid oğullarımızın ruhuna dərin ehtiramlarını bildiriblər.

