“Zəfərə doğru” mövzusunda tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Zəfərə doğru” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Nəzifə Haqverdiyeva şəhidlərimizin qəhrəmanlığından və döyüş yolundan danışıb. Şəhid anaları və şəhid övladı dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov şəhidlərimizin igidliyindən və şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar və rəqs nümunələri təqdim olunub. Sonda rəssam Şəmsəddin Böyükdüzlünün çəkdiyi şəhid portretləri ailələrinə təqdim edilib.
Sonda rəssam Şəmsəddin Böyükdüzlünün çəkdiyi şəhid portretləri ailələrinə təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.