"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Abbasəli Həsənov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasının sədri Mübariz Quliyev çıxış edərək dini radikalizm və ekstremizmin fəsadları, cəmiyyətə vura biləcəyi zərərlər, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, radikalizmin qarşısının alınmasında məktəbdə və ailədə yeniyetmə və gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.