Naxçıvan şəhəh 15 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin məsul işçiləri, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Abbasəli Həsənov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasinin sədri Mübariz Quliyev çıxış edərək dini radikalizm və ekstremizmin fəsadları, cəmiyyətə vura biləcəyi zərərlər, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Çıxış edənlər radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd ediblər.
Tədbirdə milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.