Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar İlham Əliyev adına Olimpiya İdman Kompleksində kiçikyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Naxçıvan Güləş Federasiyasının təşkil etdiyi idman müsabiqəsində 9 çəki dərəcəsi üzrə 50 idmançı iştirak edib.
Ramazan Məmmədli 26 kq, Nizami Kərimov 29 kq, Hüseyn Rəhimov 32 kq, Nuru Abdullazadə 35 kq, Səttar Abdullayev 38 kq, Əli Kərimov 42 kq, Natiq Məmmədov 47 kq, Emil Əsədov 52 kq və Emin Eyvazlı 59 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib olub.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təltif olunublar.