Yeni sahibkarlıq subyektlərinin yaranmasının dəstəklənməsi mövzusunda tədbir keçirilib

İyunun 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun, KOBİA Naxçıvan regional koordinatorluğunun, müvəkkil kredit təşkilatlarının əməkdaşlarının və müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların iştirakı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafına dəstək verilməsi, güzəştli maliyyə resurslarına çıxış imkanları və yaranan çətinliklər, sahibkarlara güzəştli kredit əldə olunması və zəmanət subsidiya mexanizmləri barədə ətraflı məlumat verilməsindən ibarət olub.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri İqbal Allahverdiyev də iştirak edib.
Sonda sahibkarları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.