Yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilir

Avqustun 23-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan dairəvi avtomobil yolunun kənarlarında ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması və mövcud ağacların sağlamlığının təmin olunması istiqamətində təmizlik və abadlıq işləri aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, yaşıllıq zolaqlarına qulluq göstərilib.
Görülən işlər nəticəsində ərazilərdə və həmçinin yaşayış binalarının həyətlərində yerləşən ağacların torpaqları yumşaldılıb, suvarma işləri aparılıb, eyni zamanda ağacların dib hissələri əhənglənərək ağardılıb və budama işləri aparılıb.
Qeyd edək ki, müntəzəm olaraq bu cür mütəşəkkil tədbirlərin keçirilməsində əsas məqsəd, yaşıllıqların baxımsız qalmasının qarşısının alınması və onlara aqrotexniki qulluq göstərilməsindən ibarətdir.