“Yaşıl gələcək” şüarı ilə ağacəkmə aksiyası keçirilib.

Ölkə ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərə töhfə olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Yaşıl gələcək” şüarı ilə ağacəkmə aksiyası keçirilib.

Bu gün keçirilən aksiya çərçivəsində Naxçıvan-Şahbuz magistral yolunun 4-cü kilometrliyində, Uzunoba kəndi ərazisində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun 1100 ədəd ting əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabrda start götürən bu aksiyalar 28 oktyabr tarixinədək davam edəcək.