Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan-Sədərək magistral yolunun kənarındakı yaşıllıq sahəsində aqrotexniki tədbirlər həyata keçirilib, ağaclara su verilib.
Təbiətə qayğı aksiyasında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev, İcra hakimiyyətinin və Naxçıvan Yaşıllaşdırma Xidmətinin kollektivi iştirak edib.