Yaşayış binalarında yoluxucu xəstəliklərə və gəmiricilərə qarşı dezinfeksiya işləri aparılır

Bu məqsədlə 6 iyun 2024-cü il tarixdə Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin Əlincə, Atabəylər və Əliqulu Qəmküsar məhəllələrindəki yaşayış binalarının ümumi istifadə yerlərində, giriş blokları, onların ətrafı və məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri həyata keçirilib.