Yağıntılı hava şəraiti ilə əlaqədar Naxçıvan şəhərində operativ tədbirlər həyata keçirilib.

 

Bu gün müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Naxçıvan şəhərində operativ tədbirlər həyata keçirilib.

Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları tərəfindən xüsusi texniki vasitələr cəlb olunmaqla yollar təmizlənib, nəqliyyatın hərəkəti təmin edilib və piyadaların hərəkəti asanlaşdırılıb.