Fevralın 24-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 26 Fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı Həqiqətləri Rənglərdə” adlı rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbində keçirilən müsabiqədə iki İncəsənət məktəbindən, hərəsindən 10 nəfər olmaqla, ümumilikdə 20 nəfər şagird iştirak edib.
Müsabiqənin yekununa əsasən Səma Əlizadə I yerin, Nurtac Əliyeva və Ramilə Əkbərova II yerin, Mirhüseyn Seyidli, Novruzlu Aylin və Nuray Cəlilova isə III yerin qalibi olublar.
Müsabiqənin sonunda yer tutan şagirdlərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.