"Xəmsə" Milli İntellektual Oyunu keçirilib

Aprelin 16-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
8 komandanın iştirak etdiyi oyun iki mərhələ və final mərhələsindən, hər mərhələ isə beş raunddan ibarət olub.
Oyunun yekununa əsasən 1 nömrəli tam orta məktəbin komandası I yerə, 17 nömrəli tam orta məktəbin komandası II yerə, 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Sonda ilk 3 yerin sahibi olan komandalara və komanda üzvlərinə diplomlar, qalib komandaya isə kubok təqdim olunub.