30 oktyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anar Babayev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də Naxçıvan şəhərində reallaşdırılan layihələr və görülən işlər barədə məlumat verib, iştirakçıları bu istiqamətlərdə əldə olunan yeniliklərlə tanış edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.