Vətəndaşların növbəti səyyar qəbulu keçirilib

08 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.
Qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qaldırılan məsələlərin araşdırılaraq həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.