Vətən müharibəsi şəhidi İslam Eyvazovun ailəsi yeni su xətti ilə təmin edilib

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan şəhərində də şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür. Bunun bariz nümunəsi olaraq Naxçıvan Sukanlizasiya İdarəsinin əməkdaşları bu gün Naxçıvan şəhər Qaraxanbəyli kəndində Vətən müharibəsinin qəhrəman şəhidi İslam Eyvazovun ailəsini yeni su xətti ilə təmin etmişdir.