Uzunoba Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib

“5 İyun – Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Uzunoba Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.
Təbiətə qayğını təbliğ etmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin və Naxçıvan Yaşıllaşdırma Xidmətinin əməkdaşları və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiya zamanı iştirakçılar tərəfindən su anbarının ətrafında olan tullantılar toplanaraq ərazidən kənarlaşdırılıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində davam etdirilən tədbirdə könüllü gənclər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif edilib.