Uşaqlığın yarımçıq qalmasın, gələcəyin əlindən alınmasın!

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində 4 nömrəli tam orta məktəbdə erkən nikahın qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə erkən nikahın hüquqi, sosial və psixoloji fəsadları, uşaqların hüquqlarının qorunması, təhsilin və düzgün gələcək seçiminin əhəmiyyəti barədə məlumat verilib, şagirdlərlə fikir mübadiləsi aparılıb.