1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında “Uşaqların Rəngli Dünyası-2026” Festivalının keçirilməsi üçün artıq hazırlıq işləri yekunlaşıbdır.
Festival Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Festival çərçivəsində uşaqlar üçün əyləncə proqramları, yaradıcılıq sərgiləri, musiqi və rəqs nömrələri, intellektual oyunlar, müsabiqələr və müxtəlif maraqlı təqdimatlar təşkil olunacaq.