“Uşaqlar arasında kibertəhlükəsizliyin və rəqəmsal məsuliyyətin mediativ tənzimlənməsi” mövzusunda təlim keçirilib

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada Naxçıvan Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə təlim keçirilib.
Təlimdə uşaqların rəqəmsal təhlükəsizliyi, internetdən məsuliyyətli istifadə, kibertəhlükələr və kiberzorakılığın mediativ yollarla tənzimlənməsi müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.