Uşaq musiqi və incəsənət məktəbinin hesabat konserti keçirilib.

İyunun 13-də Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Əbədiyaşar Lider - 100 illik diyar" adlı hesabat konserti keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin yaranmasından bu günə qədərki fəaliyyətilə bağlı slayd izlənilib.

Konsertdə Süleyman Əsgərovun, Cahangir Cahangirovun, Ələkbər Tağıyevin və digər bəstəkarlarla yanaşı bir sıra dünya bəstəkarlarının əsərləri, maraqlı kompozisiyalar ifa edilib.

Naxçıvan Muxtar Respublikası laureatı olan şagirdlərin ifaları tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Hesabat konsertinin sonunda Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin əməkdaşları təltif edilib.