"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq aprelin 16-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin Sanitar-Karantin Şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllim və şagirdlərin də iştirak etdiyi seminarın sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və maarifləndirici broşürlər paylanılıb.