Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı keçirilən seminarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova və “Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti”nin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə məsul şəxslərin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. Seminarın sonunda iştirakçıların sualları cavablandırılaraq broşürlar paylanıb.