9 Yanvar 2025, Cümə axşamı

“Uşaq əməyi istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərinin Qaraçuq kəndində valideynlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov bildirib ki, ötən dövrdə ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub, 1998-ci ilə Azərbaycanda “Uşaq hüquqları haqqında qanun” qəbul edilib. Naxçıvan şəhərində də uşaq hüquqlarının qorunması ilə bağlı müvafiq komissiyalar yaradılıb və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək tədbir iştirakçılarına uşaq əməyinin qadağan olunması halları haqqında ətraflı məlumat verib. Bildirilib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.

Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.