Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı çıxış edərək uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirib ki, uşaqların doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə iştirakçılara maarifləndirici broşürlər paylanıb.