Urumçi şəhərinin İdarəetmə Mərkəzi ilə tanışlıq olub

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Urumçi şəhərinin İdarəetmə Mərkəzi ilə tanışlıq olub. Görüşdə İdarəetmə Mərkəzinin şəhərin kommunal sahələrinin vahid mərkəzdən operativ idarə olunmasında rolu, həmçinin fövqəladə halların aradan qaldırılmasında fəaliyyəti haqqında ətraflı məlumat verilib.