Mayın 7-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Müsabiqədə 17 tam orta məktəbdən 17 şagirdin şeiri dinlənilib, şeirlərin ifa tərzinə, mimikalara, jestlərə diqqət yetirilib. Müsabiqədə münsiflər heyətinin verdiyi qərara əsasən 12 nömrəli tam orta məktəbin şagirdi Təhminə Cəfərova I yerə, 8 nömrəli tam orta məktəbin şagirdi Fidan Mənsimli II yerə, 14 nömrəli tam orta məktəbin şagirdi Əsna Cəfərli isə III yerə layiq görülüb.
Sonda qaliblər diplom və hədiyyələri ilə mükafatlandırılıb.