Dekabrın 12-də Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.