Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyinə yekun vurulub

28–29 aprel 2026-cı il tarixlərində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında minifutbol birinciliyi keçirilib.Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin minifutbol meydançasında təşkil olunan yarışda şəhərin 10 ümumtəhsil məktəbinin komandası iştirak edib. Hər komandada 12 nəfər olmaqla ümumilikdə 120 şagird mübarizə aparıb.Yarışın nəticələrinə əsasən, 15 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. 9 nömrəli tam orta məktəbin komandası II yerin, 16 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.Sonda qalib komandalar və onların üzvləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilib, I yerin qalibinə isə kubok təqdim olunub.