Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında minifutbol birinciliyinə start verilib

28 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin minifutbol meydançasında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında minifutbol birinciliyinə start verilib.Yarışda şəhərin 10 tam orta məktəbinin oğlanlardan ibarət komandaları çempionluq uğrunda mübarizə aparırlar.Qeyd edək ki, olimpiya sistemi üzrə keçirilən birincilik aprelin 29-da üçüncülük uğrunda oyun və final qarşılaşması ilə başa çatacaq.