Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və inkişaf edən Azərbaycan” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tumbul kəndində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, Tumbul kənd kitabxana filialının müdiri Gülsüm Əliyeva və kitabxananın əməkdaşı Rəfiqə Hacıyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, onun müstəqil Azərbaycanın qurulması və inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlərindən, həmçinin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müstəqilliyini möhkəmləndirməsi, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun artırılması, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Qarabağın işğaldan azad edilməsi və hazırda orada həyata keçirilən quruculuq işlərindən bəhs ediblər.
Bildirilib ki, Ümummilli Liderin xalqı və dövləti yolunda xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün böyük inkişaf və zəfər yolu keçib.
Sonda tədbir iştirakçıları xalqımızın qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi nailiyyətlərə görə dahi oğluna daim minnətdar olacağını bildiriblər.