Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi – milli sərvətimiz” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaraxanbəyli kəndində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, V.Hüseynova adına Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Samirə Abdullayeva, məktəbin tarix müəllimi Azad Şirzadov, ziyalı, şair Əbülfəz Rzayev çıxış edərək Ulu Öndərin müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlət başçısının dərin məzmunlu və çoxşaxəli siyasəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndirilmiş, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşamaqdadır.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirib, nəğmələr ifa ediblər.