“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaraçuq kəndində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə gördüyü böyük və əvəzedilməz işlərdən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Çıxışlarda Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan, Azərbaycanda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunması istiqamətində atdığı qətiyyətli addımlardan geniş danışılıb. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin və güclü dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Tədbirin sonunda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.