6 may 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin minifutbol meydançasında keçirilən birinciliyin yekununa əsasən, 15 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. 1 nömrəli tam orta məktəbin komandası II yerin, 13 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.
Sonda qalib komandalar və onların üzvləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilib, I yerin qalibinə isə kubok təqdim olunub.